Dərc edildi: Baxış sayı: 630
Şəhriyar Məmmədyarov “Altibox Norway Chess 2019”da mübarizə aparacaq
Norveçin Stavanger şəhərində “Altibox Norway Chess 2019” superturniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, şahmat elitasının çəmləşdiyi nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.
İyunun 4-dən 14-dək davam edəcək superturnirdə Ş.Məmmədyarov ilə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Din Lijen, Yu Yangyi (hər ikisi Çin), Maksim Vaşe-Laqrav, (Fransa), Aleksandr Qrişuk (Rusiya), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) mübarizə aparacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət