Slimfit
  1. TƏBİƏT

Səhra heyvanları: Saxara səhrasında yaşayan 5 maraqlı heyvan

Səhra heyvanları: Saxara səhrasında yaşayan 5 maraqlı heyvan
Sakura

Səhra heyvanları: Saxara səhrasında yaşayan 5 maraqlı heyvan

Planetimizdə çox maraqlı və unikal canlı orqanizmlər mövcuddur. Bütün belə maraqlı heyvanlar dünyanın hər yerində yaşayır, amma ən ağır və əlverişsiz şəraitdə yaşayanlar daha maraqlıdır. Bu məqalədə biz Saxara səhrasının 5 qeyri-adi heyvanı barədə danışacağıq. Gəlin başlayaq!

Saxara səhrasının heyvanları

Buynuzlu gürzə

İlanları çoxları sevmir, onlar qəribə və qorxuncdur, həm də onların pəncələri yoxdur, amma bu sürünən canlılardan biri xüsusilə seçilir. Cerastes cerastes qeyri-adi görünüşə sahib olan zəhərli ilandır. Onun əsas fərqli cəhəti başındakı kiçik boynuzdur.

Cerastes cerastes 70sm uzunluğa qədər inkişaf edir, amma bəziləri daha da uzanır. Buynuzlu gürzə sarımtıl-qonur rəngə malikdir və bu da ona Saxara səhrasının qumunda gizlənməyə kömək edir.

Çöl tülküsü

Tülkü günəş altında qırmızımtıl rəngə bürünmüş hiyləgər heyvandır, onların pis xarakterinə baxmayaraq, onları cəlbedici xarici görünüşünə görə sevirlər. Amma bilirsinizmi ki, Saxara səhrasında tülkülərin ən xoş və cəlbedici növü - çöl tülküsü yaşayır.

Çöl tülküsü bədənə nisbətən ən böyük qulaqlara malik olan itkimilər ailəsinin ən kiçik nümayəndəsidir. Miniatür tülkü yarım kiloqrama qədər çəkiyə malik olmaqla 22sm uzunluğa qədər böyüyür. Maraqlıdır ki, çöl tülküsü qulaqlarından yalnız uzağı eşitmək üçün deyil, həmçinin bədənin temperaturunu nizamlamaq üçün istifadə edir. Bu balaca gözəl heyvanları çox vaxt ev heyvanı kimi istifadə edirlər.

Birhürgüclü dəvə

Söhbət dəvədən gedəndə, ilk növbədə bu heyvanı tüpürmək və arxasındakı iki böyük hürgüclə əlaqələndirirlər. Çoxları bilmir ki, dəvələrin əksər hissəsinin iki hürgücü var, bizim qəhrəmanımızın isə cəmi bir hürgücü var.

Birhürgüclü dəvə və ya tərcümə edildikdə “qaçan” mənası verən dromaded dəvəkimilər ailəsinin bir məməli növüdür. Keçmişdə bu heyrətamiz heyvanlar Saxara səhrasında firavan yaşayırdılar, amma hazırda onların ancaq əhliləşdirilmişləri qalıb. Maraqlı fakt: Dəvələr öz hürgüclərində su saxlayırlar, orada onların bədən yağları da saxlanılır ki, onu da sərt vaxtlarda enerji kimi istifadə edirlər.

Afrika dəvəquşusu

Biz hamımız öyrəşmişik ki, bu sevimli quşlar lələkli quşlar kiçik ölçülərdə olur. Bilirsinizmi ki, Saxara səhrasında dünyada yaşayan ən böyük quş - Afrika dəvəquşusu yaşayır.

Dəvəquşu quş sayılmasına baxmayaraq, uçmağı bacarır. Maraqlıdır ki, cəmi bir neçə yüz il əvvəl Afrika dəvəquşularının həmnövləri var idi, amma onlar yerli əhalinin əlində ölüblər. Bu gözəl və çox böyük lələklilər nəhəng ölçülərə qədər böyüyür. Dəvəquşunun yetkin fərdi 120kq çəki ilə 2,5 metrə qədər böyüyə bilər.

Addaks

Bəşəriyyətin qılıncı cəmi bir neçə minillik əvvəl icad etməsinə baxmayaraq, bəzi heyvanlar bir neçə yüz min ildir ki, “qılınc”a malikdir. Addaks antilop ailəsindən olan qoşadırnaqlı məməlidir ki, qılınc şəklində uzun, az bükülmüş buynuzlara malikdir. Buna görə də onları qılınc buynuzlu antiloplar adlanan ayrıca alt ailəyə aid ediblər.

Addaks mövsümlə bağlı olaraq rəngini dəyişdirir.  Qışda bu qoşadırnaqlı bozumtul-qəhvəyi, yayda isə kül-ağ rəngli dəriyə malik olur.  Addaksın qılıncabənzər buynuzu 1 metrdən də çox uzunluğa qədər böyüyür. Adətən onlar 2-3 dövriyyə ilə dairədə bükülürlər ki, bu da onların “silahı”nı daha cəlbedici edir.

 

Mənbə: İzyuminka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR