Slimfit
  1. CƏMİYYƏT

Səhiyyə Nazirliyinin COVİD-19 ilə mübarizə məqsədilə Bakı şəhər poliklinikalarının nəzdində yaradılmış tibbi məntəqələrin fəaliyyəti haqqında BŞBSİ-nin rəisi Nelli Veysovanın müsahibəsi

Səhiyyə Nazirliyinin COVİD-19 ilə mübarizə məqsədilə Bakı şəhər poliklinikalarının nəzdində yaradılmış tibbi məntəqələrin fəaliyyəti haqqında BŞBSİ-nin rəisi Nelli Veysovanın müsahibəsi
Sakura

Səhiyyə Nazirliyinin COVİD-19 ilə mübarizə məqsədilə Bakı şəhər poliklinikalarının nəzdində yaradılmış tibbi məntəqələrin fəaliyyəti haqqında BŞBSİ-nin rəisi Nelli Veysovanın müsahibəsi

Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova AzTV telekanalının “Hədəf” verilişinə müsahibə verib. İlk növbədə o, ölkədə koronavirus infeksiyasının yayılmasının ən qızğın vaxtında stasionar tibbi yardım xidmətlərinin üzərinə düşən yükün azaldılması məqsədilə yaradılmış tibbi məntəqələrin sayı və vəzifələri haqqında sualı cavablandırdı. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupu tərəfindən Bakı şəhərində 87 tibb müəssisəni əhatə edən 39 tibb məntəqəsi yaradılıb. Məntəqələrin iş vaxtı səhər saat 08:00-dan axşam saat 20:00-dəkdir. Axşam saat 20:00-dan sonra isə 103 nömrəsinə zəng etmək lazımdır. Amma xəstənin stasionar müalicəsinə göstəriş olan təqdirdə o, mütləq hospitalizasiya olunmalıdır. Hər bir məntəqədə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təlim keçən 11 nəfər tibbi işçi çalışır. Nelli Veysova hər məntəqə fəaliyyətinin Çağrı Mərkəzindən müraciətlərin qəbulu, dislokasiyaları üzrə müəssisələrə ötürülməsi və vətəndaşların sahə həkimi ilə əlaqəsinin yaradılmasından ibarət olduğunu qeyd edib. Bundan əlavə, Baş Səhiyyə İdarəsinin rəisi şəhər poliklinikaların sahələrində təşkil edilmiş tibb məntəqələrinin göstərdiyi səyyar xidmətinin kəsintisiz işini təmin etmək məqsədilə hər məntəqə üçün xüsusi bir nəqliyyat vasitəsinin ayrılması haqda məlumat verib. Onun dediyini görə, artıq istifadəyə verilmiş 40 avtomobil vasitəsilə hər gün saat 08:00-dan 12:00-dək evdə olan xəstələrdən test yaxmaları götürülür, məntəqələrə gətirilir, orada barkodlaşdırılıb, laboratoriyalara çatdırılır, dərman preparatları xəstələrə təqdim olunur. Testləri müsbət çıxan xəstələr isə evdə dərman preparatları ilə təmin olunurlar.

Həmçinin, Baş Səhiyyə İdarəsinin rəisi verdiyi müsahibə zamanı hal-hazırda COVİD-19 ilə bağlı gələn müraciətlərin sayı haqqında da danışdı: “Müsbət nəticə kimi Təcili Tibbi Yardım xidmətinin COVİD 19-la bağlı müraciətlər sayının - 25%-a qədər, ağır xəstələrin müraciətlər sayının isə 30 %-a qədər azalmasını qeyd edə bilərəm”.

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun fəaliyyəti haqqında danışan Nelli Veysova onu da qeyd edib ki, qrup üzvlərinin iş bölgüsü bu vəzifələrdən ibarətdir: xəstələrin dərman təminatı, təchizat, testlərə nəzarət, statistik məlumatların aparılması, Çağrı Mərkəzinə nəzarət, bu işə cəlb olunan qurumlar və ÜST-ün elmi işçiləri ilə işgüzar əlaqələrin yaradılması və s. Verilişin qonağı iş prosesində yaranan hansısa problemlərə aid olan suala cavab verərək, vurğuladı ki, hər işdə olduğu kimi, burada da bəzi çətinliklər yaşanır. Məsələn, xəstələrin dərmanların bəzən gecikmə ilə çatdırılması və ya test vaxtının müəyyən olunması ilə bağlı narazılıqlar. “Amma biz çalışırıq belə problemləri dərhal həll edək” – deyə Nelli Veysova öz firkini tamamladı.

Daha sonda Nelli xanım “COVİD-19 şübhəsi olan şəxslər ilk növbədə nə etməli?” sualına cavab verdi: “Dəfələrlə qeyd etdiyim kimi, virusa yoluxma sübhəsi olan vətəndaş dərhal sahə həkiminə müraciət etməli, virusun yayılmasına yol verməmək üçün poliklinikaya gəlməməlidir. Xatırlatmaq istəyirəm ki, sahə poliklinikaların telefon nömrələri AR Səhiyyə Nazirliyinin saytından öyrəmnək mümkündür. Amma lazım olan nömrə tapılmadığı təqdirdə xəstə 814 nömrəsinə zəng etməlidir və bununla belə onun sahə həkimi ilə əlaqəsi təmin olunacaqdır”.

Nelli Veysovanın sözlərinə görə, 814 nömrəli Çağrı Mərkəzi cari ilin iyul ayından etibarən fəaliyyət göstərir. Bu nömrə vasitəsilə əlaqə saxlayıb, məlumat və məsləhət almaq mümkündür. Hal-hazırda 814-ə gələn sualların əksəriyyəti təkrar testlərin götürülməsi, xəstəlik vərəqələr və sağlamlıq haqqında arayışların verilməsinə aiddir. Baş Səhiyyə İdarəsinin rəisi xəstəlik vərəqələrinin hər bir işləyən xəstəyə 14 gündən sonra verilməsini doğru olduğunu söylədi.

Xəstədə kliniki sağalma müşahidə olunursa, həmin şəxs sağlam hesab olunur və ona bu haqda arayış verilir. Bundan sonra Nelli xanım “kliniki sağalma” terminin nə məna daşıdığını açıqladı: bu terminlə həkimlər kliniki simptomları və heç bir şikayəti olmayan, özünü gümrah hiss edən pasiyetləri adlandırırlar. “Hamı bildiyi kimi, COVİD-19 virusu yaş və yanaşı xəstəliklərin mövcud olduğundan asılı olaraq, müxtəlif dərəcəli ağırlıqla keçə bilər. Odur ki, reabilitasiya müddəti hər kəs üçün müxtəlif ola bilər, yəni individualdır. ” – Nelli Veysova dedi.

Müsahibəsinin sonunda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova bütün yoluxmuş xəstələrə tezliklə sağalmağı, qalanlara isə özlərini qorumağı, pozitiv və məsuliyyətli qalmağı arzuladı: “Bir-birimizə kömək edib, diqqət və qayğı nümayiş etdirsək, birlikdə tez bir zamanda koronavirusun yayılmasının qarşısını ala bilərik!”.

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR