Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi - Fərman
Azərbaycan Respublikası Prezidentinin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd olunub ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilir.
Fərmanda edilən dəyişikliyə əsasən, həmin müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini gənclərə tibbi yardım göstərmək sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə həyata keçirəcəklər.
Qeyd edək ki, bundan əvvəl müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini gənclərə tibbi yardım göstərmək sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirdilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət