Dərc edildi: Baxış sayı: 606
Səhiyyə Nazirliyinə yeni baş infeksionist təyin olunub
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.
Ens.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, C.İsayev öz ərizəsi əsasında vəzifədən azad edilib. Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Təyyar Eyvazov Səhiyyə Nazirliyinin yeni baş infeksionisti təyin olunub.
Qeyd edək ki, o, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət