Dərc edildi: Baxış sayı: 494
:0
Səhiyyə Nazirliyindən şpris açıqlaması
“Mərkəzə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb”. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yayıb.
Bildirilib ki, son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alıb:
“Tövsiyə edirik ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət