Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Səhiyyə Nazirliyi: Virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska var

Səhiyyə Nazirliyi: Virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska var
Sakura

Səhiyyə Nazirliyi: Virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska var

“Hazırda Azərbaycanda koronavirusla bağlı şübhəli hal yoxdur”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Sektor müdiri virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska olduğunu, bununla bağlı problem olmadığını qeyd edib: “Eyni zamanda hər bir səhiyyə müəssisəsində səhiyyə işçilərinin virusdan qorunması üçün fərdi mühafizə vasitələri var. Tibbi ləvazimat və dərman vasitələri də kifayət qədərdir”. 

V.Qasımov həmçinin bildirib ki, lazım olarsa, Ağciyər Xəstəlikləri İnsitutundan əlavə 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və Kliniki Tibbi Mərkəzdən də istifadə olunacaq: “Səhiyyənin kifayət qədər imkanları var ki, bu cür xəstələr olsa, xəstəxanalara yerləşdirilsin. Səhiyyə nazirinin əmri ilə bölgələrdəki xəstəxanalara da tapşırıq verilib və xüsusi palatalar ayrılıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR