Slimfit
  1. AZƏRBAYCAN

Səhiyyə Nazirliyi ölkədə tibbi sığortanın gec tətbiq edilməsinin səbəblərini açıqlayıb

Səhiyyə Nazirliyi ölkədə tibbi sığortanın gec tətbiq edilməsinin səbəblərini açıqlayıb
Sakura

Səhiyyə Nazirliyi ölkədə tibbi sığortanın gec tətbiq edilməsinin səbəblərini açıqlayıb

“Azərbaycanın 3 regionunda icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirilib. Bildiyiniz kimi, 2020-ci ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta tam tətbiq ediləcək”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, son 15 il ərzində ölkədə 670 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib: “Onların da 470-i regionların payına düşür. Düzdür, Azərbaycanda icbari tibbi sığorta ilə bağlı qanun 1999-cu ildə qəbul edilib, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə 2016-cı ildə yaradılıb. Soruşa bilərsiniz ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi niyə bu qədər ləngiyib? Birinci növbədə maddi-texniki baza yaradılmalıdır ki, tibbi sığorta da fəaliyyət göstərə bilsin. Dediyimiz ki, 15 il ərzində qurulan müəssisələr, onların müasir avadanlıqlarla, informasiya texnologiyaları ilə təmin olunması bu gün imkan verir ki, tibbi sığorta ölkə üzrə fəaliyyətə başlasın”.

Nazir müavini qeyd edib ki, icbari tibbi sığortanın tətbiq ilə dövlət büdcəsində səhiyyəyə ayrılan xərclər artırılıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR