Slimfit
  1. CƏMİYYƏT

Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır

Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır
Sakura

Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır

Məlum olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən evdə müalicə olunan koronaviruslu xəstələrə dərmanların çatdırılmasına başlanılıb. 

Bu barədə Operativ Qərargahın sonuncu brifinqində Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov da məlumat vermişdi. Artıq preparatları əldə etmiş şəxslər sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edirlər. 

Ens.az xəbər verir ki, ailəsi üçün dərmanları evinə çatdırılmış vətəndaşlardan biri, adının açıqlanmasını istəməyən xanım “Qafqazinfo”ya bildirib ki, Səhiyyə Nazirliyi onları apteklərdə tapılmayan dərmanlarla təchiz edib: “Anamda nəticə pozitiv çıxan kimi TƏBİB-dən zəng etdilər. Dedilər ki, sahə həkimi bizimlə əlaqə saxlayacaq. Sonra 1-2 günə tibb bacısı dərmanları gətirib bloka qoydu, biz də oradan götürdük”. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə də çıxışında yüngül gedişatlı xəstələrə birinci mərhələ üçün nəzərdə tutulan preparatlar olan vitamin C, E, D3, maqnezium, selen, parasetamolun verildiyini bildirib. O, xüsusilə qeyd edib ki, dərmanlar yalnız həkimin təyinatı ilə verilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR