Slimfit
  1. DÜNYA

Səhiyyə Nazirliyi əməkdaşlarının üstünə asqırdığı üçün 5 000 cərimə olundu...

Səhiyyə Nazirliyi əməkdaşlarının üstünə  asqırdığı üçün 5 000 cərimə olundu...
Sakura

Səhiyyə Nazirliyi əməkdaşlarının üstünə asqırdığı üçün 5 000 cərimə olundu...

İsraildə kişi hökumət işçilərinin üzərinə asqırdığı üçün cərimə olunub.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki,  mərkəzi dairə prokurorluğunun bildirdiyinə görə, hadisə bir vətəndaşın Tailanddan qayıtdıqdan sonra Səhiyyə Nazirliyinin təlimatlarına uyğun olaraq karantinə alınmalı olduğu vaxt baş verib. 
 
Nazirliyin müfəttişləri karantinə riayət edib-etmədiyini yoxlamaq üçün kişinin yanına gələndə o, sənədlərini göstərməkdən imtina edib və məmurlara qarşı kobud davranıb. Hətta üstəlik, bundan sonra bir neçə dəfə nümayişkaranə  şəkildə Səhiyyə Nazirliyi əməkdaşlarının üzərinə asqırıb.
 
Məlumata görə, martın 12-də- cümə axşamı günü günahkar İsrail vətəndaşı səhvini etiraf edərək müfəttişlərdən üzr istəyib.  O, bir daha digər insanların üzərinə asqırıb-öskürməyəcəyini vəd edib. Bu səbəbdən məhkəmə işi bağlanıb. 
 
Prokurorluq yalnız xətakarın üzərinə  5000 şekel(təxm.2340 AZN) cərimə yazmaqla kifayətlənib. 
 
Prokurorluqda o da qeyd edilib ki, kişi koronavirus xəstəliyinə yoluxmayıb və karantin rejimini pozmayıb.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR