Dərc edildi: Baxış sayı: 652
Səhiyyə Nazirliyi bu qida əlavələrinə mənfi rəy verib
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin sentyabr və oktyabr aylarında 7 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.
Medicina.az xəbər verir ki, sentyabr ayında "Agavit” (şərbət, Türkiyə), "CaDlife” (tablet, Türkiyə), "Extra-E” (tablet, Türkiyə), "Optiprost” (tablet, İtaliya) və "Si-Klim Bio” (tablet, Rusiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.
Oktyabr ayında isə iki müraciət mənfi cavablandırılıb.
Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət