Şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi daim əziz tutulur
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvara həsr olunmuş tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin professor və müəllimləri, 20 Yanvar şəhidlərinin yaxınları iştirak ediblər.
Tədbir təhsil müəssisəsinin şəhid olmuş tələbələrinin - Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin barelyefləri önündən başlanıb. Şəhidlərin barelyefləri önünə qərənfillər düzülüb, onların xatirəsi yad olunub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu bildirib.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrindən bəhs edib, faciənin qan yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət