Slimfit
  1. AZƏRBAYCAN

Şəhidlərlə bağlı kampaniya: Bu reklamdır, yoxsa?..

Şəhidlərlə bağlı kampaniya: Bu reklamdır, yoxsa?..
Sakura

Şəhidlərlə bağlı kampaniya: Bu reklamdır, yoxsa?..

Bəzi kafe və restoranlarda, meyvə-tərəvəz dükanlarında, taksi xidməti göstərən maşınlarda və müxtəlif yerlərdə “Şəhid ailələrinin, Milli Qəhrəmanların ailəsi, övladları üçün pulsuzdur” yazısına rast gəlinir. Bu isə birmənalı qarşılanmır.

Bəziləri bunun əslində “ucuz reklam” olduğunu bildirərək, belə elanların qadağan olunmasını da təklif edirlər.

Kult.az bununla bağlı ziyalıların mövqeyini təqdim edir:

Xalq şairi Vahid Əziz: “Əgər həqiqətən dəstək üçün edirlərsə, onlara halal olsun! Yox, reklam üçün edirlərsə, bu, çox yanlışdır. Şəhidlərin adından istifadə edib, belə ucuz reklama əl atmaq yolverilməzdir. Amma mən hesab edirəm ki, Azərbaycan xalq mərd xalqdır və bu əməli reklam üçün yox, sırf şəhid ailələrinə verdikləri qiymət və dəyərə görə edir”.

Yazıçı, millət vəkili Aqil Abbas: “Mən belə təşəbbüsləri yüksək qiymətləndirirəm. Bunun reklam üçün olduğunu hesab etmirəm. Hətta bunu hər kəsin etməsini tövsiyə edirəm. Şəhid ailələrinə xüsusi diqqət, qayğı göstərmək hər bir azərbaycanlının borcudur”.

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu: “Mən o insanların niyyətinin saf olduğunu düşünürəm. Bu, bəlkə də reklam kimi görünür, amma reklam olsa belə, gözəl bir əməlin təbliğidir. Düzdür, mən bilmirəm elə yazılardan istifadə edən sahibkarlar sözlərinə nə qədər əməl edir, lakin hər halda, atdıqları addımı qiymətləndirmək lazımdır. Çünki cəmiyyət şəhid və qazilərin xidmətlərinə görə onların ailəsinə öz sayğı və diqqətlərini göstərir. Bu isə alqışalayiq hərəkətdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR