Slimfit
  1. MEDİA

“Şəhidləri çiynimdə daşıdığımdan xəbərsizdirlər” — Deputat qəzəbləndi

“Şəhidləri çiynimdə daşıdığımdan xəbərsizdirlər” — Deputat qəzəbləndi
Sakura

“Şəhidləri çiynimdə daşıdığımdan xəbərsizdirlər” — Deputat qəzəbləndi

Millət vəkili Səməd Seyidov onun Primakovun yubileyi ilə bağlı Bakı Slavyan Universitetinin keçirdiyi tədbirdə iştirak etməsi haqda sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Səmədov bildirib ki, bu iddialar onu çox qəzəbləndirib: “Görünür ki, bu iddiaları irəli sürən şəxslər mənim “20 Yanvar” şəhidlərini çiynimdə daşıdığımdan, qanlı gecədə şəhid olmuş tələbəm Ülvi Bünyadzadənin adına muzey açmağımdan, doğma qardaşımın ermənilər tərəfindən qətlə yetirildiyindən bixəbərdirlər. Sevinc Fətəliyevaya və həmin vaxt Brüsseldə olan Sahibə Qafarovaya qarşı da eyni böhtanı atan bu şəxslərin məqsədi heç bir əsası olmayan, yalan və böhtan xarakterli iddialar irəli sürərək, dövlətimizin maraqlarını hər zaman hər şeydən üstün tutan, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən insanların əməklərini heçə sayaraq, çirkin şəkildə ləkələmək, insanlarda onlara qarşı nifrət hissi oyatmaqdır. O dərəcədə çirkindirlər ki, mənim Avropa Şurasında çəkilmiş şəklimi həmin tədbirdəki kimi təqdim etməkdən, xəbərim belə olmadığı bir tədbirdə iştirak etdiyimi iddia etməkdən belə utanmırlar!!!”

Qeyd edək ki, BSU-da “20 Yanvar” faciəsinin təşkilatçılarından biri Primakovun yubileyi ilə bağlı müsabiqə elan edilib və tələbələr məqalələr yazaraq yer tutublar. Sonra isə bu mövzuda tədbir keçirilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR