Şəhidin qətlə yetirilən arvadının ailəsi fəryad etdi - VİDEO
44 günlük Vətən müharibəsinin şəhidi Saleh Qurbanovun həyat yoldaşı Ləman Qurbanovanı qətlə yetirməkdə təqsirləndirilən şəhidin qardaşı Taleh Qurbanovun məhkəməsi keçirilib.
Proses Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı formada keçirilib.
Ens.az-ın məlumatına əsasən,Ləman Qurbanovanın ailəsi təfərrüatı Baku TV-yə danışıb.
“Qızımın üstünə bıçaq çəkməsəydilər, Ləman o evdə qalacaqdı. Çünki o, şəhidinə hörmət qoyurdu. Qaynı balamı mal-mülkə görə boğub öldürdü”, - deyə L.Qurbanovanın anası Yeganə Məlikova bildirib.
L.Qurbanovanın xalası Firudə Rəşidovanın sözlərinə görə, Ləmanın qətli öncədən planlaşdırılıb:
“Ləmana telefon işlətməyə icazə vermirdilər. Bir ayın içində tələ qurmaq üçün ona telefon aldılar. “TikTok” yüklədiyini bəhanə edib onu öldürdülər”.
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin olunub.
Qeyd edək ki, hadisə 2023-cü il mayın 13-də Xızının Giləzi qəsəbəsində baş verib. Taleh Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət