Slimfit
  1. CƏMİYYƏT

Şəhidin ailə üzvləri koronavirusa yoluxub

Şəhidin ailə üzvləri koronavirusa yoluxub
Sakura

Şəhidin ailə üzvləri koronavirusa yoluxub

 

Şəhid Şaban Cəfərovun həyat yoldaşı Şərafət Cəfərova və qızı Nərminə Cəfərova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Ens.az xəbər verir ki,bu barədə "Report"a şəhidin qızı N.Cəfərova özü bildirib.

Onun sözlərinə görə, testin nəticəsi hələlik məlum olmasa da, hazırda o, Mingəçevir şəhərindəki yaşadığı mənzildə ev şəraitində müalicəyə cəlb olunub. Anası Ş.Cəfərova isə koronavirus testi pozitiv çıxdığından Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

"Hazırda özümü heç yaxşı hiss etmirəm. Danışmaqda çətinlik çəkirəm. Ümid edirəm ki, tezliklə sağalacağıq", - o bildirib.

Qeyd edək ki, Şaban Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR