Şəhidimizin dəfnində ürəksızladan görüntülər
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.
Unikal.org-un məlumatına görə, ötən gün şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.
Mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanıb, Şəhidlə vida mərasimi onun boya-başa çatdığı Lələpaşa kəndindəki evində keçirilib. Daha sonra şəhid 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət