Slimfit
  1. AZƏRBAYCAN

Şəhid varislərinin kompensiyası Milli Məclisdə

Şəhid varislərinin kompensiyası Milli Məclisdə
Sakura

Şəhid varislərinin kompensiyası Milli Məclisdə

Prezidentin şəhid ailələrinə 11 min manat sığorta haqqının ödənilməsi barədə sərəncamı çox yüksək addımdır. Biz hər birimiz buna görə sevindik. Amma əksər şəhid ailələri bu imkandan yararlana bilmir. Müvafiq qurumlar onlara deyir ki, 90-cı illərdə “Azərsığorta”dan 50 min manat kompensasiya verilib. Şəhid ailələrinin üzvləri isə bu pulu almadıqlarını deyirlər.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

“Dövlət qurumları elə vəziyyət yaradıb ki, bu vəsaitlərin vətəndaşlar tərəfindən alıb-almadığını vətəndaş özü sübut etməlidir. Bu, doğru yanaşma deyil. Həmin qurumların özünün arxivi olmalıdır. Dövlət qurumları funksiyalarını yerinə yetirmirlər və şikayətçiləri Milli Məclisə yönəldirlər. Bəlkə də bu insanların sayı çox deyil, amma bu insanların narazılığına cavab verilməlidir. Ola bilər ki, onların arasında kimlərsə haqsızdır, lakin hər bir halda vətəndaşların müraciətləri dövlət tərəfindən araşdırılmalıdır”, - millət vəkili bildirib.

F.Mustafanın sözlərinə görə, zamanında Daxili İşlər Nazirliyi tərkibində döyüşlərdə iştirak edən şəxslər olub, lakin indi onların ailə üzvlərinə deyirlər ki, bu şəxslər şəhid statusuna malik deyil:

“Bunu əsas gətirərək bildirilər ki, sizə kompensasiya verilə bilməz. Ancaq bu ailələr şəhid ailəsi kimi güzəştlərə malikdir. Qeyd edim ki, 1990-cı illərdə verilən 50 min manat o dövrün şərtlərinə görə böyük pul olmayıb. Hesab edirəm ki, şəhid ailələrinə bu kompensasiya verilməlidir”.

Qeyd edək ki, millət vəkilləri Zahid Oruc, Qənirə Paşayeva və Aqil Abbas bu fikirləri müdafiə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR