Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid qardaşı: Vətən uğrunda canından keçən qardaşımla fəxr edirəm

Şəhid qardaşı: Vətən uğrunda canından keçən qardaşımla fəxr edirəm
Sakura

Şəhid qardaşı: Vətən uğrunda canından keçən qardaşımla fəxr edirəm

Vətən və xalq uğrunda canından keçən qardaşımla fəxr edirəm.

Ens.Az-ın məlumatına əsasən,bunu "Report"un Qərb bürosuna açıqlamasında Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, bu gün Şəmkirin Mehrili kənd qəbiristanlığında dəfn edilən şəhid Əhliman Vahid oğlu Əsgərovun qardaşı İsmixan Əsgərov deyib.

O, vətən və xalq uğrunda canından keçən qardaşı ilə qürur duyduğunu, məzarının yerinin məlum olması ilə 32 illik həsrətin də sona çatdığını vurğulayıb.

"Müharibə zamanı onun Ağdərədə Çıldıran uğrunda gedən döyüşlərdə şəhid olduğunu bilirdik. Həmin vaxtlarda rəhmətlik atam o istiqamətdə şəhid olanların nəşlərinə baxmağa getmişdi. Lakin tanınmaz olan nəşrlərin içərisində qardaşımı da tanıya bilməmişdi. Sonradan o, naməlum şəhid kimi dəfn olunub. Biz illərlə onun məzarının yerini öyrənə bilmədik. Bir müddət əvvəl dövlətimiz tərəfindən naməlum şəhidlərimizin kimliyinin tapılması üçün analizlər götürüldü. Şükür, bu günlərdə məlum oldu ki, qardaşım Bakıda, Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhidlərimizdən biridir. Bu gün onun nəşinin qalıqlarını gətirib öz kəndimizdə dəfn etdik. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Bu gün dəfndə iştirak edən rayon rəhbərinə, camaata da çox sağolun deyirəm", - şəhid qardaşı bildirib.

Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci il sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR