Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid Nazim İsmayılovun anasına vədi

Şəhid Nazim İsmayılovun anasına vədi
Sakura

Şəhid Nazim İsmayılovun anasına vədi

"Deyirdi, ay ana, sən görəcəksən, mənim adım həmişə uca olacaq. Mən Mübariz kimi olacam, onun yolu ilə gedəcəm”.
 
Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu sözləri iyulun 16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 24 yaşlı Nazim İsmayılovun anası Sevda İsmayılova AzTV-yə müsahibəsində danışıb.
 
Nazimin atası Əfqan İsmayılovun sözlərinə görə, oğlu ordu sıralarına könüllü olaraq getmişdi:
 
"Şəhid olmazdan bir gün qabaq mənə zəng vurub dedi ki, nigaran qalmayın”.
 
Qeyd edək ki, şəhidin qardaşı İsmayıl İsmayılzadə də hazırda hərbi xidmətdədir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR