Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid Fərid Rüstəmov doğulduğu Zərdab rayonunda dəfn edildi

Şəhid Fərid Rüstəmov doğulduğu Zərdab rayonunda dəfn edildi
Sakura

Şəhid Fərid Rüstəmov doğulduğu Zərdab rayonunda dəfn edildi

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun kiçik giziri Fərid Rüstəmov dəfn edilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, o, doğulub boya-başa çatdığı Zərdab rayonunun Gəndəbil kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları və Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.

Şəhidimiz ailəli olub, iki övladı Vətənə yadigar qalıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR