Slimfit
  1. CƏMİYYƏT

Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?

Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?
Sakura

Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?

Şəhid Elmar Şirinovun anası Amana Nəsirovanın çəkiliş adı ilə dələduzluğa məruz qaldığı iddia edilir.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  bununla bağlı məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu yayıb.

Onun sözlərinə görə, bir nəfər televiziya işçisi olduğunu, Elmar haqqında süjet hazırlayacağını bildirərək şəhid anasından 200 manat alıb:

“Ana deyir ki, bu adam şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir. Adının Bəxtiyar olduğunu deyib, özünü qaçqın kimi tanıdıb”.

İddia ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elmar Cəbrayıl oğlu Şirinov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları, eyni zamanda “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

E.İslamoğlu şəhid anasını aldatmaqda ittiham olunan şəxsin fotosunu da paylaşıb. İddia rəsmi təsdiqini tapmadığı üçün onun şəklini açıq vermirik:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR