Prezident İlham Əliyev şəhid ailəsi üçün təqaüdün artırılması haqqında fərman imzalayıb
Prezident İlham Əliyev şəhid ailəsi üçün təqaüdün artırılması haqqında fərman imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilsin.
“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli fərmanının 1-ci hissəsində “242 (iki yüz qırx iki)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilir.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət