Slimfit
  1. MEDİA

Şəhid ailəsi MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub

Şəhid ailəsi MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub
Sakura

Şəhid ailəsi MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub

Şəhid ailəsi MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub

İkinci Qarabağ müharibəsində fəal iştirak etmiş, şəhid Muradov Ziyadın həyat yoldaşı Aysel Muradova və oğlu Muradxan Muradov AMEA Mərkəzi Elmi Kitaxbanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunu ziyarət ediblər. MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı, həmçinin fondun rəhbəri Röksanə Səfərzadə şəhidlərin əziz xatirəsinin hər bir vətəndaşın qəlbində əbədi yaşayacaqlarını bildiriblər. Görüş zamanı şəhidin ailə üzvləri müharibə iştirakçılarının fotoşəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, şəhidlərin şəxsi kitablarından ibarət guşə ilə tanış olub, həmçinin şəhidin oğluna kitab hədiyyə ediblər.

Ziyadın həyat yoldaşı Aysel Muradova şəhidin kiçik yaşından bu yana yazdığı şeirləri “Vətən məni çağırır” adı ilə kitab halında çap etdirib, sözügedən kitabın bir nüsxəsini də fonda bağışlayıb.

Qeyd edək ki, Muradov Ziyad Muradxan oğlu Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. Oktyabrın 20-i Füzuli uğrunda gedən döyüşlərdə baş nahiyəsindən ağır zərbə alaraq Şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının Sərəncamı ilə Muradov Ziyad Muradxan oğlu ölümündən sonra Vətən uğrunda medalı, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR