Slimfit
  1. CƏMİYYƏT

Şəhid ailələri və müharibə əlilləri üçün yeni fərdi evlər tikilir

Şəhid ailələri və müharibə əlilləri üçün yeni fərdi evlər tikilir
Sakura

Şəhid ailələri və müharibə əlilləri üçün yeni fərdi evlər tikilir

Şəhid ailələri və müharibə əlilləri üçün yeni fərdi evlər tikilir və mənzillər alınır.

Ens.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşrığına uyğun olaraq, şəhid ailələrinə və müharibə əlillərinə ötən illə müqayisədə bu il 60 faizdən çox olmaqla 1 500 mənzil və fərdi evin verilməsi üçün işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış binalarından artıq 480 mənzil alınıb və daha 220 mənzilin alınması işləri davam edir.
Həmçinin respublikamızın bölgələrində 800 fərdi yaşayış evinin ilin sonunadək onların istifadəsinə verilməsi nəzərdə tutulur.

2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Beləliklə, nazirlik tərəfindən ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 7600-ə yaxın mənzil və fərdi ev verilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR