Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Şəhid ailələri təhsil haqqı ödəməyəcək

Şəhid ailələri təhsil haqqı ödəməyəcək
Sakura

Şəhid ailələri təhsil haqqı ödəməyəcək

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunu şərh edərkən bildirib ki, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunublar.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu təminatlar I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə yanaşı, Vətən müharibəsi şəhidlərinin də ailə üzvlərinə şamil edilir.

M.Quliyev qeyd edib ki, Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Baku TV-nin mövzu ilə bağlı süjetini təqdim edirik:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR