Slimfit
  1. GÜNDƏM

Şəhərlərarası avtobusların istiqaməti niyə dəyişdirilib?

Şəhərlərarası avtobusların istiqaməti niyə dəyişdirilib?
Sakura

Şəhərlərarası avtobusların istiqaməti niyə dəyişdirilib?

Şəhərlərarası bəzi avtobusların gediş məsafələri qısaldılmasına baxmayaraq, qiymətlər olduğu kimi qalıb. Sərnişinlər qiymətlərin kilometraja uyğun hesablanmamasından şikayət edirlər. 

Bununla bağlı Redaktor.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib ki, məsafənin qısaldılması ilə bağlı yeni qərar daha əlverişli hesab olunur:

“Məsafədən asılı olaraq, əmsal həmin kilometraja uyğun hesablanır. Sadəcə ötən ilin avqustundan etibarən avtobusların İsmayıllı yolu ilə deyil, Kürdəmir yolu ilə hərəkət etmələri şərt olub. Buna səbəb Kürdəmir yolu üzrə məsafənin qismən uzun olmasına baxmayaraq, iritutumlu avtobuslar üçün daha əlverişli və təhlükəsiz olmasıdır. Bəzi sərnişinlərimiz bu qərarın mövsümi xarakter daşıdığını və ancaq qış ayları üçün keçərli olduğunu zənn edirdilər. Bu qərar mövsümi xarakter daşımır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR