Slimfit
  1. MARAQLI

Səhərlər tez oyanmağın - 5 faydası

Səhərlər tez oyanmağın - 5 faydası
Sakura

Səhərlər tez oyanmağın - 5 faydası

AZXEBER.COM səhər tez yuxudan qalxmağın faydalarını təqdim edir:
1. Daha çox şey etmək

Əksər insanlar üçün səhər çağı iş görmək baxımından axşam və gecə vaxtından daha məhsuldardır. İnsan orqanizmi belə qurulub ki, gecə vaxtı istər-istəməz bütün proseslər zəifləyir.

2. Daha çox asudə vaxta malik olmaq

Bir sıra insanlar etiraf ediblər ki, onlar sadəcə daha çox iş görmək üçün səhər daha erkən durmaq istəməzdilər. Əksinə onlar, daha çox boş və asudə vaxtının olmasını istəyərdi. Əgər ayıq olduğunuz müddət çoxalırsa, işə şərf etdiyiniz  müddət isə dəyişməz olaraq qalırsa, demək sərbəst olduğunuz vaxtın miqdarı çoxalmış olur.

3. Heç kəsin maneə olmayacağı vaxtda işləmək

Səhər –iş görmək üçün ideal vaxtdır. Məhz çoxdan etmək istədiyiniz, amma etməyə macal tapmadığınız işləri səhərlər görə bilərsiniz. Axı hər dəfə bu işə başlamaq istəyəndə kimsə sizə əngəl olub. Bu vaxt hətta xarici dili də öyrənmək olar. İstədiyiniz bir işi görün –sadəcə vaxtınızı özünüzə sərf edin.

4. Yaxşı vərdiş yaratmaq

Əgər bir hərəkəti30 gün ərzində təcrübə edirsinizsə, siz yaranmış vərdişi özünüzdə bütün ömür boyu saxlaya bilərsiniz. Amma sizin əvvəlki gün (həyat) rejiminə qayıtmaq şansınız da var. Yaxşı vərdiş –effektivlik baxımından çox güclü alət hesab olunur. Eyni zamanda yeni qazanılmış yaxşı vərdiş həm də həyatı daha əlvan və maraqlı etmək üsuludur.

5. Sağlamlığı yaxşılaşdırmaq

Nə qədər paradoksal səslənsə də, yuxudan tez qalxmaq axşam daha yaxşı yuxuya getməyə kömək edir. Yaxşı yuxuya getsən (yəni yuxunu yaxşı almış olsan), özünü yaxşı hiss edərsən. Ümumiyyətlə götürdükdə isə, sağlamlığı yaxşılaşdırmağın ən əla üsullarından biridir. Bəzən hətta deyirlər ki, səhər saat 5-dən sonrakı yuxu, daha çox zərərlidir, nəyinki xeyirli.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR