Slimfit
  1. MARAQLI

Səhərlər niyə yorğun oyanırıq? - 5 əsas səbəb

Səhərlər niyə yorğun oyanırıq? - 5 əsas səbəb
Sakura

Səhərlər niyə yorğun oyanırıq? - 5 əsas səbəb

Gecə boyunca 7-9 saat yatmaq səhər tezdən gümrah və enerji dolu oyanmaq üçün kifayət edir. Bəzi yuxucullara isə bir fincan isti qəhvə və isti duş sayəsində yuxudan tam ayılmaq üçün kifayət edir.  
 
Əgər siz gecə boyu yatmağınıza baxmayaraq səhər yuxudan oyandıqda özünüzü pis hiss edirsinizsə o zaman nə isə qaydasında deyil. 
 
Medicina.az bu dəfə səhərlər yorğun oyanmağımızın 5 səbəbini açıqlayır: 
 
1) Keyfiyyətsiz yuxu - əgər siz sutka ərzində 7 saatdan az yatırsınızsa o zaman, sizin orqanziminiz və beyniniz tam istirahət edə bilmir. Belə olduqda yuxudan əzgin və halsız oyanaraq gün boyu yuxulu olursunuz. Bunu aradan qaldırmaq üçün hər gecə hətta istirahət günləri də eyni saatda yatmağa vərdiş edin. 
 
2) Yetərli qidalanmama/ vitamin çatışmazlığı
 
Hətta düzgün qidalanma sizin gün boyunca yetərli vitamin və minerallarla təmin olunacağınız demək deyil. Yuxudan yorğun oyanmağın əsas səbəblərindən biri də budur. Çalışın ki, balanslaşdırılmış qidalanasınız. Qidanıza müxtəlif vitaminlər, həmçinin kalsium, maqnezium, sink kimi baş beynin işini tənzimləyən minerallar əlavə edin. 
 
3) Xroniki stress. İş prosesi insanların həyatında əsas stres mənbəyi hesab olunur. Boş vaxtın az olması, aşağı əmək haqqı, çox işləmək vəziyyəti daha gərginləşdirir. Gününüzü qaydaya salmağa çalışın. Özünüzə vaxt ayırın. Həyatınızda olan stresi azaltmaq üçün mümkün olan hər şeyi edin. 
 
4) Oturaq həyat tərzi – müasir dünyada bir çox insan oturaq həyat tərzi keçirir. Buna görə də idmana mümkün qədər çox vaxt ayrılmalıdır. 
 
- Hətta kiçik fiziki iş belə endorfinin əmələ gəlməsinə kortizolun isə neytrallaşmasına səbəb olur. Endorfin hormonu sayəsində insan məqşdən sonra yüngün eyforiya halı yaşayır, kortizol hormonunun azalması isə stresi aradan qaldırır
 
- İdman ilə əqli keyfiyyətlər arasında birbaşa əlaqənin mövcud olduğu sübut edilib
 
- Gəzmək – düşüncələrin təmizləmək üçün ən yaxşı vasitədir
 
İdmana yavaş-yavaş başlayın. Gün ərzində 15-30 dəqiqəlik gəzinti bəs edəcək. Əgər vaxtınız imkan verirsə o zaman gəzintinin vaxtını uzada bilərsiniz. 
 
5) Susuzlaşma - Statistikaya görə, bədəndə mayenin cəmi 2% azalması yaddaşın pisləşməsinə və diqqət dağınıqlığına səbəb olur. Su baş-beyinə enerji verir, funksiyalarının normal yerinə yetirməsinə şərait yaradır. Bundan əlavə, su hormonların sintezi üçün də vacibdir. Bu problemi həll etmək çox sadədir.
 
Özünüzlə bir butulka su gəzdirin. Yadınıza düçdükcə qəbul edin. Bir müddətdən sonra diqqətinizin düzəldiyinin və kreativliyinizin artığının şahidi olacaqsınız.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR