Dərc edildi: Baxış sayı: 462
Şəhərin səması narıncı rəngə büründü - Maraqlı görüntü
Avstraliyada 5 aydır davam edən meşə yanğınlarına görə Yeni Zelandiya səması narıncı rəngə bürünüb.
Publika.az xəbər verir ki, Avstraliyadan 2 min km məsafədə yerləşən Auklənd şəhərinin səması narıncı tüstüyə boyanıb.
Şəhər sakinləri yanğından yüzlərlə km uzaqda olmalarına baxmayaraq, tüstünün onlara necə gəlib çatdığının təəccübü içindədirlər.
Qeyd edək ki, meşə yanğınları Avstraliyada 24 nəfərin həyatına son qoyub. 5,25 hektardan çox ərazi ziyan görüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət