Slimfit
  1. CƏMİYYƏT

Şəhərin düz ortasında 50 MANAT cərimə oluna bilərsiniz

Şəhərin düz ortasında 50 MANAT cərimə oluna bilərsiniz
Sakura

Şəhərin düz ortasında 50 MANAT cərimə oluna bilərsiniz

"Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə olunmalıdır.

Bəs, qanuna nə dərəcədə əməl olunur?

Bizim.Media bu məsələ il bağlı paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.

Ceyhun Məmmədov paytaxt sakini:

"Məndə onu tərəfdarı deiləm ki siqaret çəkən şəxs siqaretin kötüyünü yerə atsın və ətrafı çirkləndirsin. Bu cərimənin tətbiq edilməsi çox düzgün bir qərardır. Mənim fikrimcə siqareti yerə atan şəxs bir neçə dəfə cəzalandırıldıqdan sonra siqareti yerə atmaz. Amma cərimənin məbləğini nəzərə alsaq onunla bağlı biraz narazıçılıq ola bilər. Çünki, maaşların az olması və əhalinin gəlirinin az olması və üstünədə bu cərimənin 50 manat dəyərində olması biraz narahatçılıq yaradacaq".

Vaqif Hüseynov paytaxt sakini:

"Bu qərardan əvvəl onu qeyd edim ki, ümumiyyətlə siqaret çəkmək özü çox ziyanlı bir vərdişdir. 50 manat cərimə qərarına gəldikdə isə onu deyə bilərəm ki, bu qərar çox düzgün bir qərardır. Bilirsiniz misal üçün onu deyə bilərəm ki, mənm maşın sürürəm və qayda qanuna fikr vermirəm və onu pozanda mənə cərimə yazılır. Bax bu da onun kimi... Siqaret niyə yerə atılmalıdır? Zibil qabına atmaq olmaz? Sən onu niyə yerə atırsan ki, cərimədə ödəyəsən".

Murad Babazadə paytaxt sakini:

"Bu cərimənin məbləği biraz çoxdur. Ümumiyyətlə deyə bilərəm ki, çox düzgün bir qərardır. Bu qayda-qanun bir çox ölkələrdə var və çox gözəl də tətbiq olunur. Amma minimum əmək haqqını nəzərə alarsaq cərimənin məbləği biraz yüksəkdir. Qapalı məkanlarda ümumiyyətlə çəkməz olmaz. Misal üçün mən özüm siqaret çəkmirəm, amma qapalı məkanlara getdikdə oradakı qoxu mənə xoş gəlmir. Cərimənin ilk əvvəl yazılması yox, ilk öncə polis tərəfindən xəbərdarlıq və maarifləndirici tədbirlər görülməsi mənim fikrimcə daha məqsədə uyğun olardı. Avstraliyanın özündə siqaretin qiymətini 50 dollara qədər qaldırdılar ki, heç kim siqaret almasın və bu zərəli vərdişlərdən uzaq olsunlar. Amma Azərbaycana baxanda yaşayış səviyyəsinə uyğun cəriməni biraz aşağı eləmək olar".

İbrahim Qabalov paytaxt sakini:

"Cərimə ilə bağlı mənim fikrimcə düzgün bir qərardır. Ümumiyyətlə ölkəmizdə tütün və siqareti dövlət səviyyəli ləğv etsələr daha gözəl olardı və sağlam bir ruhda və cəmiyyətdə yaşayardıq. Siqaret çəkməyərək sağlamlığımzı, ətraf mühiti, ailəmizi və uşaqlarımızı qorumuş olarıq. Siqaretin tüstüsü bir çox xəstəliyin yaranmasına gətirib çıxardır. Mən düşünürəm ki, bu qərar və cərimə çox yerində bir addımdır və bununla mübarizədə biz vətəndaşlarda əlimzii daşın altına “qoymalıyıq".

Sorğudan göründüyü kimi paytaxt sakinləri bu qaydanın işləməsinin tərəfdarlarıdırlar. Amma küçələrdə apardığımız müşahidələr zamanı siqaret kötükləri olmayan demək olar ki, bir kvadrat metr ərazi tapmadıq. Hər yanda bu mənzərə ilə rastlaşmaq mümkündür, indi növbə bu qaydalara nəzarət edən orqanlarındır. DİN-dən isə bu xəbərdarlıq gəlib, tezliklə şəhərimizə bu şəkildə məsuliyyətsiz davrananlar cəzalandırılacaq.

50 manat cərimə çoxdur? – Fikrimizcə, bu cür tərbiyəsiz adamlara 50 manat cərimə hələ azdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR