Slimfit
  1. CƏMİYYƏT

Səhərdən telefonum susmur, hamı zəng edir - Rasim Balayev

Səhərdən telefonum susmur, hamı zəng edir - Rasim Balayev
Sakura

Səhərdən telefonum susmur, hamı zəng edir - Rasim Balayev

Ad günümü öz evimizdə ailəmlə birgə qeyd edəcəyəm. Xüsusi kimisə dəvət etməmişəm. Kim gəlmək istəyir, xoş gəlir, buyursun gəlsin.

Bu sözləri Kult.az-a 71 yaşını qeyd edən xalq artisti Rasim Balayev deyib.

“Səhər açılandan telefonum dayanmır. Sayını itirmişəm zəng edənlərin. Düzü, xüsusilə kimdənsə zəng gözləmirəm. Ümumiyyətlə, elə bir xüsusiyyətim də yoxdur ki, kimdənsə nə isə umum, etməyəndə də inciyim. Bütün dost-tanışım, sənət yoldaşlarım, incəsənət adamları hamısı zəng edirlər”.

R.Balayev bildirib ki, ad günündə heç kəsdən hədiyyə gözləmir:

“Hədiyyə sevən deyiləm. Yubileylərdə verilən köynəklər, qalstuklar, ətirlər hələ də qalıb. Heç imkan olmayıb hamısını istifadə etməyə. İndi yavaş-yavaş işlədirəm onları. 70 illiyimdə çox dost-tanış gəlmişdi. Onda da kimin xurcunundan nə çıxdı gətirmişdi, sağ olsunlar. Aralarında hələ də istifadə etdiyim hədiyyələr var. Məni təbrik edən, xoş sözlərini çatdıran, yazan hər kəsə minnətdaram!”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR