Slimfit
  1. DÜNYA

Şəhər uğrunda son döyüş: “Cəhənnəmə oxşayır, hər tərəfdən yaxınlaşırlar”

Şəhər uğrunda son döyüş: “Cəhənnəmə oxşayır, hər tərəfdən yaxınlaşırlar”
Sakura

Şəhər uğrunda son döyüş: “Cəhənnəmə oxşayır, hər tərəfdən yaxınlaşırlar”

“Donetsk vilayətinin Baxmut şəhərində cəbhə xətti daralıb, düşmən hər tərəfdən yaxınlaşır, amma dəmir yolu üzərində nəzarəti ələ keçirə bilmir”.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun 5-ci hücum alayının zabiti Yuri Sırotyuk deyib.

“Baxmutda mənim briqadamın yerləşdiyi istiqamətdə düşmənin bütün irəliləyiş cəhdləri dayandırılır. Burada ön xətti möhkəm tuturuq. Əlbəttə, indi şəhər və ətrafında hərarət yüksəkdir, düşmən atəş divarı, hücum qrupları taktikasından intensiv istifadə edir”, - zabit bildirib.

Sırotyuk qeyd edib ki, desantçılar artıq “Vaqner” qüvvələrinə yaxınlaşıblar, eyni zamanda, ruslar dəmir yoluna nəzarəti ələ keçirə bilmirlər: “Cəbhə dəmir yolu xətti boyu uzanır, amma düşmən bu xətti aşa bilmir”.

Onun sözlərinə görə, Rusiya qoşunları bütün evləri dağıtmaq taktikasından istifadə edir, daha sonra piyadaların hücumu ilə irəliləyir:

“Baxmut cəhənnəmə oxşayır. Təəssüflər olsun ki, burada baharın gəldiyinə, Pasxa bayramına bir həftə qaldığına dair heç bir duyğu yoxdur. Deyəsən, başa düşürlər ki, bu, onların hücumlarının son, Ukraynada heç olmasa nəsə əldə etmək səyləridir”.

Ukraynalı zabitin fikrincə, rusların Baxmut istiqamətində elitar qüvvələrini əməliyyata cəlb etməsi vəziyyətlərinin çox ağır olduğunu göstərir:

“İndi cəbhə daralıb, düşmən hər tərəfdən yaxınlaşır, amma əsirlərin dediklərinə görə hiss edirik ki, özləri də müharibədə uduzduqlarını anlayıblar və uğura inanmırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR