Slimfit
  1. DÜNYA

Şəhər mərkəzində satılan evlərin ən baha olduğu ölkələr açıqlanıb

Şəhər mərkəzində satılan evlərin ən baha olduğu ölkələr açıqlanıb
Sakura

Şəhər mərkəzində satılan evlərin ən baha olduğu ölkələr açıqlanıb

Bütün dünyada şəhərlərin mərkəzində satılan evlərin ən baha olduğu ölkə Honkonqdur. 

"Report" xəbər verir ki, bu barədə "Estate Agent News" nəşri yazıb. 

Məlumatda deyilir ki, Honkonqda, şəhər mərkəzində 2 otaqlı ev almaq üçün orta hesabıa 1 444 860 avro ödəmək lazımdır. Bu ölkədə mənzillərin 1 kvadrat metrinin orta qiyməti isə 24 010 avrodur. 

Növbəti yerlərdə Sinqapur (881 590 avro və yaxud hər kvadrat metr üçün 14 920 avro), İsveçrə (612 940 avro və yaxud hər kvadrat metr üçün 10 360 avro), Cənubi Koreya (494 410 avro və yaxud hər kvadrat metr üçün 8 360 avro) qərarlaşıb. 

İlk 10-luğa həmçinin Tayvan (406 370 avro və yaxud hər kvadrat metr üçün 6 870 avro), İsrail (357 830 avro və yaxud 6 060 avro), Norveç (338 640 avro və yaxud hər kvadrat metr üçün 5 730 avro), Çin (336 380 avro və yaxud hər kvadrat metr üçün 5 690 avro) və İsveç (331 870 avro və yaxud hər kvadrat metr üçün 5 610 avro) daxildir. 

91 ölkəni əhatə edən reytinq cədvəlində ən aşağı yeri isə Misir tutub. Bu ölkədə, şəhər mərkəzində ev sahibi olmaq istəyənlər 30 480 avro və yaxud hər kvadrat metr üçün orta hesabla təxminən 500 avro ödəməlidirlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR