Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şəhadət barmaqlarınızı birləşdirin və... sağlamlıq testi

Şəhadət barmaqlarınızı birləşdirin və...  sağlamlıq testi
Sakura

Şəhadət barmaqlarınızı birləşdirin və... sağlamlıq testi

Bəzi çox sadə testlər ciddi xəstəlikləri aşkar etməyə kömək edir.

Belə testlərdən biri Şamrot testidir. Saglamolun.az bildirir ki, bu testi özünüz ev şəraitində edə bilərsiniz.

 

Testi etmək üçün şəhadət barmaqlarınızı şəkildə göstərildiyi kimi birləşdirin. Dırnaqlar arasında rombşəkilli açıq yer qalmalıdır. Onu "Şamrot pəncərəsi" də adlandırırlar. Əgər "pəncərə" varsa, bu normaldır.

Pəncərə yoxdursa, bu bəzi ürək-damar sistemi (xüsusən endokardit) və ağciyər xəstəliklərinin əlaməti sayılır.

Məsələ burasındadır ki, ürək-damar xəstəlikləri zamanı dırnaqlar qabarıq olur (saat şüşəsinə bənzəyir), barmaqların ucları yoğunlaşır. Tibdə buna "baraban çubuqları simptomu" deyilir. Bu çox dəqiq simptom sayılır.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR