Dərc edildi: Baxış sayı: 459
Səfvət - Mirzə Cəlil namına
Mühiti-cəhldən insanlan ürfana sövq etmək,
Olur mümkün zəkadan, olsa əldə məşəli-fıtrət.
Səadət xidməti-millətdir, ancaq kimsə istərsə,
Zəfəryab olmağa lazımdır olsun hümmətü ğeyrət.
Necə bavər olur binaya nabina ola rəhbər,
Gərək irşad üçün äyinə olsun sürətü-sirət.
Məgər hər tifli-əbcədxan olurmu Molla Nəsrəddin?
Qələmi pərçəmi-hürriyyət olmuş, dəftəri fıkrət.
Vətənə aşiqi-şeyda cəlilülqədr olan Molla,
Yaşasın hörməti dünya durunca, mən alım ibrət.
Keçənlər yadına əşkim gözümdən çeşmə tek axdı,
Gələniərdə mənim halım fəqət təsir edib heyrət.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət