Slimfit
  1. AZƏRBAYCAN

Səfirlik 70 Azərbaycan vətəndaşını Minskdən Bakıya yola salıb

Səfirlik 70 Azərbaycan vətəndaşını Minskdən Bakıya yola salıb
Sakura

Səfirlik 70 Azərbaycan vətəndaşını Minskdən Bakıya yola salıb

Belarusdakı səfirliyimiz ümumi təlimata uyğun olaraq Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslər təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, koronavirusla bağlı martın 16 və 18-də “Belavia” şirkətinin Minsk-Bakı-Minsk istiqamətində nəzərdə tutulan uçuşları ləğv olunduğundan səfirlik təlimata uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları ilə əlaqə saxlayıb. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın siyahısı tərtib olunub və Bakıya müvafiq qurumlara təqdim edilib. AZAL və “Belavia” şirkətləri ilə aparılmış danışıqlar nəticəsində çarter reyslərin həyata keçirilməsi barədə razılığa gəlinib. Səfirlik tərəfindən martın 21-də “Belavia” şirkətinin həyata keçirdiyi çarter reysi ilə 70 Azərbaycan Respublikası vətəndaşının vətənə qayıtması təşkil olunub. Səfirliyin təşkilatçılığı ilə Baltikyanı ölkələrdən və Polşadan vətənə qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşları da çarter reysi ilə uçmaq məqsədilə Minskə gəliblər. Azərbaycan vətəndaşlarını səfir Lətif Qəndilov və səfirliyin əməkdaşları yola salıblar. Ürək xəstəliyi olan vətəndaşımız Məmmədov Rafiq İman oğlunun Bakıda birbaşa təcili yardım maşını ilə xəstəxanaya aparılması üçün müvafiq əlaqələndirilmə işləri də aparılıb.

Yaxın günlərdə yeni çarter reyslər də həyata keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR