Slimfit
  1. AZƏRBAYCAN

Səfirimiz Rotterdam meri ilə görüşdü

Səfirimiz Rotterdam meri ilə görüşdü
Sakura

Səfirimiz Rotterdam meri ilə görüşdü

Sentyabrın 9-da Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov Rotterdam şəhərinin meri Əhməd Əbutaleb ilə görüşüb.

Ens.az xəbər verirki,Səfirlikdən Axar.az-a bildirilib ki, görüş çərçivəsində Azərbaycanın şəhərləri və Rotterdam arasında əməkdaşlıq əlaqələri müzakirə edilib. Səfir Rotterdamda çoxsaylı Azərbaycanlı icmasının yaşadığını, burada Bakı küçəsinin olduğunu və “Qarabağ” idman klubunun fəaliyyət göstərdiyini, Bakıda isə Rotterdam küçəsinin olduğunu bildirib. Ə.Əbutaleb 2013-cü ildə Azərbaycana səfərdə olduğunu və ölkə haqqında müsbət təəssüratlarının olduğunu qeyd edib. Görüş zamanı səfir cari ilin iyul ayının 12-16-da Ermənistan – Azərbaycan dövlət sərhəddində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə hərbi təcavüz, mülki və hərbi şəxslər arasında itkilər barədə ətraflı məlumat verib.

Tərəflər, eyni zamanda su idarəçiliyi, kənd təsərrüfatı, nəqliyyat kimi sahələrdə Niderland və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Səfir Ələt Azad İqtisadi Zonası və Azərbaycanda qeyri-neft sektorunun inkişaf səviyyəsi haqqında məlumat verib, Niderland şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR