Slimfit
  1. AZƏRBAYCAN

Səfirimiz Qətərin gömrük rəhbəri ilə görüşdü

Səfirimiz Qətərin gömrük rəhbəri ilə görüşdü
Sakura

Səfirimiz Qətərin gömrük rəhbəri ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bu ölkənin Gömrük Baş İdarəsinin sədri Əhməd bin Abdullah Əl Camal ilə iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin intensivləşdirilməsi imkanları və idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin qarşılıqlı tanınması məsələsini müzakirə edib.

Axar.az xəbər verir ki, görüşdə dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi mühüm töhfədən söz açaraq son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaradılan hüquq-müqavilə bazasının əhəmiyyətindən bəhs edilib.

Eyni zamanda, malların ixracı zamanı sənədlərin təsdiqi prosesinin müəyyən vaxt itkisinə səbəb olduğu nəzərə alınaraq, iki ölkə arasında mənşə, baytarlıq, fitosanitar və digər bu kimi sertifikatların qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına stimul verəcəyi qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR