Dərc edildi: Baxış sayı: 498
Səfirimiz generalın məktubunu nazirə çatdırdı
Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla görüşüb.
Axar.az xəbər verir ki, görüş zamanı səfir Qomelauriyə vəzifəsinə təyinatla bağlı Azərbaycan Daxili İşlər naziri Vilayət Eyvazovun təbrik məktubunu təqdim edib.
Tərəflər arasında əsas müzakirə mövzusu Daxili İşlər nazirlikləri arasındakı sıx əməkdaşlıq, beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə və gələcək münasibətlərin perspektivi məsələləri olub.
Qomelauri öz növbəsində səfirə təbrik üçün təşəkkür edərək, yaxın zamanlarda Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət