Slimfit
  1. SİYASƏT

Səfir: 'Qarabağ hələ də işğal altındadır'

Səfir: 'Qarabağ hələ də işğal altındadır'
Sakura

Səfir: 'Qarabağ hələ də işğal altındadır'

Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirlə Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Report” xəbər verir ki, jurnalistlərlə görüşündə səfir Səid Xan Mohmənd Dağlıq Qarabağ və Kəşmir münaqişələri arasında oxşar cəhətlərin olduğunu deyib.

“Ölkələrimiz işğalla üzləşib. BMT Təhlükəsizlik Şurasının Cəmmu və Kəşmirlə bağlı 11 qətnaməsi, Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var, amma hər iki halda təcavüz və işğal davam edir. Həmçinin Prezident İlham Əliyevlə Baş nazir İmran Xanın Davosda keçirdikləri görüşdə bu iki məsələ ilə bağlı bir-birinə tam dəstək verdiklərini bildirmək istəyirəm”, – səfir bildirib.

Pakistanlı diplomat Kəşmir ətrafındakı vəziyyəti “acınacaqlı” adlandırıb: “Hindistan bizim sülhpərvərliyimizi zəiflik kimi qəbul edir. Amma biz hər iki ölkənin sabitliyini, əmin-amanlığını istəyirik. Keçən il Hindistan tərəfinin təxribatları üzündən regionda iki nüvə dövləti arasında münaqişənin böyüməsi təhlükəsi yarandı. Ona görə də ölkələrimizin liderləri dünya birliyinə üz tutaraq regionda fəlakətə yol verməmək üçün vəziyyətin həllini dəstəkləməyə çağırdılar”.

Pakistan səfirinin sözlərinə görə, Hindistan hökuməti Kəşmirə 900 minədək hərbi qüvvə yeridərək bölgə əhalisinin təməl hüquqlarını pozub: “Hindistandakı iqtidar partiyası Cəmmu və Kəşmirdəki mübahisəli əraziləri özlərininki elan edərək əyaləti və onun əhalisini tam blokadaya salıb. İnternet söndürüldü, ətrafla hər cür əlaqələr kəsildi, məktəblər, xəstəxanalar bağlandı. Aralarında Cəmmu və Kəşmiruin liderləri olduğu minlərlə insan həbs edildi, onların harada olduğu indiyədək naməlumdur. Həmçinin bölgənin iqtisadiyyatına, o cümlədən turizm sektoruna böyük ziyan vuruldu. Bunlar iqtisadi soyqırımdan başqa bir şey deyil”.

O vurğulayıb ki, Hindistanda 2014-cü ildə Mondi hökuməti iqtidara gələndən “Hindistan hindular üçündür” siyasəti yeridir və bu da ölkənin müsəlman, pars, xristian, siqh və s. azlıqlar üçün təhlükə yaradır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR