Slimfit
  1. CƏMİYYƏT

Səfir: Nizami Gəncəvini yuxuda gördüm, mənə dedi ki...

Səfir: Nizami Gəncəvini yuxuda gördüm, mənə dedi ki...
Sakura

Səfir: Nizami Gəncəvini yuxuda gördüm, mənə dedi ki...

Dörd ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm və Azərbaycanı çox sevirəm. 

Oxu.Az-ın məlumatına görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie media nümayəndələri ilə keçirdiyi görüşdə deyib. 

O bildirib ki, ikinci dəfə dünyaya gəlmək şansı olsaydı, Bakını seçərdi.

Səfir qeyd edib ki, xanımı dörd ildir İndoneziyaya getmir. 

“Xanımım Bakını çox sevir. O, İndoneziyaya getmək istəmir”, - deyə səfir əlavə edib.

Husnan Bey Fananie qeyd edib ki, vücudu Azərbaycan mətbəxi və Xəzər dənizinin suyu ilə zənginləşib.

O bildirib ki, Nizami Gəncəvinin yaradıcılığını dərindən öyrənmək istəyir. 

“Mən Nizami Gəncəvini yuxuda görmüşəm. Əlində kitablar var idi. Mənə dedi ki, sən Azərbaycanda xarici vətəndaşsan, amma mənim haqqımda Azərbaycan xalqından çox bilirsən. 

Bu, tədbirlərdəki görüşlərdən deyildi, çox fərqlənirdi. Mən yuxudan oyandım və tez bir zamanda Nizami Gəncəvi haqqında araşdırmalara başladım. Mən düşünməyə başladım ki, Nizami Gəncəvini dünyada necə tanıtmaq olar.

İndoneziyaya getdim və Nizami Gəncəvi barədə film istehsalçılarından biri ilə danışdım. Biz və Azərbaycan “Leyla və Məcnun” filmini çəkdik. Filmdə Leyla indoneziyalı, Məcnun isə azərbaycanlıdır. Filmin çox hissəsi Bakıda, bir hissəsi isə İndoneziyada çəkildi. Bu, iki xalqın, iki mədəniyyətin filmidir. Çox qeyri-adi və gözəl filmdir”. 

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR