Slimfit
  1. AZƏRBAYCAN

Səfir Hulusi Kılıç: Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas sütunu azərbaycançılıq ideologiyasıdır

Səfir Hulusi Kılıç: Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas sütunu azərbaycançılıq ideologiyasıdır
Sakura

Səfir Hulusi Kılıç: Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas sütunu azərbaycançılıq ideologiyasıdır

 Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas sütunu azərbaycançılıq ideologiyasıdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç bildirib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edən səfir Hulusi Kılıç əminliklə qeyd edib ki, qarşıdan gələn 2020-ci il də Azərbaycan üçün uğurlu olacaqdır.

Vətənimiz, xalqımız və dövlətimizə böyük sevgisini ifadə edən diplomat deyib: “Azərbaycan mənim canım, ikinci vətənimdir. Türkiyə ilə eyni qədər sevdiyim vətənimin hər xoş sədasını eşidəndə ürəyim dağa dönür. Ulu öndər Heydər Əliyevdən nəsillərə miras qalan, bölgənin “parlayan ulduzu” adını qazanmış Azərbaycan dövlətinin gündən-günə qüdrətlənməsi hər birimiz üçün qürurvericidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdəki yerini əzmlə qoruyur və layiq olduğu mövqeyi gündən-günə möhkəmləndirir. Bütün bu proseslərdə dünya azərbaycanlılarının həmrəyliyinin özünəməxsus rolu vardır. Əminəm ki, qarşılamağa hazırlaşdığımız 2020-ci ildə və sonrakı illərdə Azərbaycan xalq və dövlətin birliyi sayəsində daha böyük nailiyyətlər qazanacaqdır”.

Bu il Azərbaycan tarixində ən yaddaqalan hadisələrdən birinin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə böyük şair İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsinin olduğunu deyən sabiq səfir bu hadisənin bütün dünya üçün faydalı və cəlbedici kampaniya kimi Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Ümidvar olduğunu bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva yeni 2020-ci ildə də nəcib təşəbbüslər irəli sürəcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR