Dərc edildi: Baxış sayı: 290
Səfir: "Belarus mallarının Azərbaycana ixracı üç dəfə artıb"
"Hökumətlərarası iqtisadi komissiyanın intensiv fəaliyyəti ilə əlaqədar 2018-ci ildə ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrdə sıçrayış baş verdi. Azərbaycandan Belarusun ixrac 44% artıb, Belarus mallarının Azərbaycana ixracı isə demək olar, 3 dəfə artıb".
"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkələr hər iki tərəfin ixrac potensialının artırılmasına çalışır: "10 ay ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 370 məhsul növü üzrə 400 milyon dolları keçib. İlin sonunadək bu göstərici 450-500 milyon dollara çatacaq. Qarşılıqlı ticarət səmərəli olub".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət