Slimfit
  1. AZƏRBAYCAN

Səfir: "Belarus Azərbaycanla müntəzəm dəmir yolu əlaqəsi qurmağı planlaşdırır"

Səfir: "Belarus Azərbaycanla müntəzəm dəmir yolu əlaqəsi qurmağı planlaşdırır"
Sakura

Səfir: "Belarus Azərbaycanla müntəzəm dəmir yolu əlaqəsi qurmağı planlaşdırır"

 "Belarus "Şimal-Cənub" layihəsinə və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə maraq göstərir".

"Report" xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında bildirib.

"Belarus Minsk-Bakı dəmir yolu marşrutunun yardılmasında maraqlıdır. Azərbaycan "Şimal-Cənub", "Böyük İpək Yolu" kimi infrastruktur layihələrdə iştirakına görə Belarusu cəlb edir", - diplomat deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan və Belarus arasında yük daşımaları 400 min ton təşkil edəcək.

Səfir xatırladıb ki, Altayda güclü logistik mərkəz var və Belarus mallarını Bakı-Tbilisi-Qars marşrutu ilə Gürcüstana, Türkiyəyə tədarük etmək məqsədilə onun imkanlarından yararlana bilər.

G.Axramoviç Bakı ilə Minsk arasında müntəzəm dəmir yolu əlaqəsinin qurulmasının zəruri olduğunu qeyd edib: "Məsələn, həftədə iki dəfə 50-60 vaqonlu sürətli marşrutla".

Onun sözlərinə görə, Azərbaycan kimi, Belarus bir sıra nəqliyyat layihələrində iştirak etdiyindən Azərbaycan üçün maraqlı ola bilər: "Bu cür planların həyata keçirilməsi Azərbaycanda xidmət sektorunun inkişafına yardım edəcək. Azərbaycan və Belarusun böyük logistik mərkəzlərin yaradılmasında böyük potensialı var".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR