Slimfit
  1. SİYASƏT

Səfir: “Azərbaycan ilə İsrail bölgədə sabitliyi və təhlükəsizliyi təmin edə bilər”

Səfir: “Azərbaycan ilə İsrail bölgədə sabitliyi və təhlükəsizliyi təmin edə bilər”
Sakura

Səfir: “Azərbaycan ilə İsrail bölgədə sabitliyi və təhlükəsizliyi təmin edə bilər”

“Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh şəraitində yaşaya biləcəyi ölkədir. İsraili Azərbaycanda təmsil etdiyim üçün xoşbəxtəm və qürur duyuram”.

Report” xəbər verir ki, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik mətbuat konfransında deyib.

“Azərbaycanın ənənələrinin multikulturalizm və qarşılıqlı hörmətə söykəndiyini öyrəndim. Azərbaycan Prezidenti ilə görüşümüzdə o, məni əmin etdi ki, Azərbaycanın yəhudi icması ölkədəki digər icmalar kimi burada evindəki kimi yaşayır. Bu, mənə İsraili xatırlatdı. Bundan əlavə demək istəyirəm ki, İsraildən Azərbaycana səfir təyin edilən ilk xristian ərəbəm. Bölgədəki nifrət və təcavüz fonunda Azərbaycan və İsrail sabitliyi və təhlükəsizliyi təmin edə bilər”, - diplomat bildirib.

Səfir həmçinin ötən il dekabrın 25-də etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdiyini xatırladıb.

Bundan əlavə, o, Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın konsensus olduğunu vurğulayıb.

“Bildiyiniz kimi, mart ayında bizdə parlament seçkiləri olacaq. Sizi əmin edə bilərəm ki, seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, ölkələrimiz arasındakı münasibətlər daha da inkişaf edəcək. Oqtay Əsədovun beynəlxalq Holokost forumunda iştirakı Azərbaycanın İsrailin və onun xalqının həqiqi dostlarından biri olmasına bariz nümunədir”, - C.Dik fikrini yekunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR