Dərc edildi: Baxış sayı: 438
Səfir: "Azəbaycan-BƏƏ arasında qeyri-neft ixracı artıb"
“2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana qeyri-neft ixracatının həcmi 49,6milyon ABŞ dolları təşkil edib, 2017-ci ildə bu rəqəm 60 milyon ABŞ dollarına çatıb”.
“Report” xəbər verir ki, bunu noyabrın 13-də bu ölkənin Azərbaycandakı səfiri Mohammad Alqubaisi BƏƏ-Azərbaycan Ticarət Məclisinin illik görüşündə bildirib.
Səfirin sözlərinə görə, 2016-cı ildə Azərbaycandan BƏƏ-yə qeyri-neft ixracının həcmi 2,9 milyon ABŞ dolları olubsa, 2017-ci ildə bu rəqəm 5,4milyon ABŞ dolları təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət