Slimfit
  1. AZƏRBAYCANLI

Şəfiqə Axundova - Şərqdə opera yazan ilk bəstəkar qadın

Şəfiqə Axundova  - Şərqdə opera yazan ilk bəstəkar qadın
Sakura

Şəfiqə Axundova - Şərqdə opera yazan ilk qadın...

Şəfiqə Qulam qızı Axundova - bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1973), Azərbaycanın xalq artisti (1998).

Şəfiqə Axundova 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxumuş, dahi bəstəkar Üzeyir  Hacıbəyovdan dərs almışdır. Bu əməkdaşlıq sonrakı illərdə  də davam etmiş, Şəfiqə xanım  Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə V.Zeydmanın sinfini bitirmişdir.

Şəfiqə  Axundova  1972-ci ildə  “Gəlin  qayası“   operasını yazmaqla  Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur.

Şəfiqə xanım gözəl mahnıların müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə  bəstələdiyi könül oxşayan lirik mahnıları və romansları xalq arasında çox populyardır.  Şəfiqə   Axundova 300-ə yaxın mahnı və romans yazmışdır.  “Ev bizim, sirr bizim” operettasında simfonik orkestr  üçün süitaların, simli kvartet üçün pyeslərin, xor üçün silsilələrin bəstəçisidir.  Dram teatrları üçün “ Aydın”,  “Əlvida,  Hindistan”,  “Nə üçün yaşayırsan”  və bir çox digər tamaşalara  musiqi yazmışdır. Bəstəkarın yaradıcılığında uşaqlar üçün yazılmış əsərlər də xüsusi yer tutur. “ Təxəyyül  nağılı"  , "Dovşanın ad günü" və digər uşaq pyeslərinin musiqi müəllifi  Şəfiqə  Axundovadır.

 

Mənbə: moltes moltes

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR