Slimfit
  1. SİYASƏT

Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”

Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”
Sakura

Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”

“Mərkəzi Seçki Komissiyasının (MSK) “Qaynar xətt”inə seçki ilə bağlı 280-ə yaxın müraciət daxil olub”.

Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub:

“Bununla barəbər MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. "Qaynar xətt"ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır”.

R.Qasımov bildirib ki, MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır:

“Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat, hətta kəskin addımların şahidi ola bilərsiniz”.

Sədr müavini qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılmalıdır:

“Bunlar öz təsdiqini tapdığı halda, əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlansa belə, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR