Dərc edildi: Baxış sayı: 492
Sədr: 'MSK-nın şöbə müdirini içəri buraxmamaq normal deyil'
“Bəzi seçilməyən namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Komissiya sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır:
“Amma durub MSK-nın şöbə müdirini içəri buraxmamaq artıq normal deyil. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət